SEIKO EPSON CORPORATION
PROQRAM TƏMİNATINA DAİR LİSENZİYA MÜQAVİLƏSİ

DİQQƏT! PROQRAM TƏMİNATINA DAİR LİSENZİYA MÜQAVİLƏSİ İLƏ DİQQƏTLƏ TANIŞ OLUN. Kompüter proqram təminatı məhsulu, şrift təminatı, şrift qarnituru və/və ya verilənlər, o cümlədən istənilən müşayiət edən izahedici yazılı materiallar ("Proqram təminatı"), yalnız bu Müqavilənin şərtlər və qaydalarına uyğun olaraq SEIKO EPSON CORPORATION ("EPSON") ilə razılıq əsasında Lisenziar ("Siz") tərəfindən quraşdırılmalı və istifadə edilməlidir. Siz Proqram təminatını quraşdırmaq və ya ondan istifadə etməklə Müqavilənin şərt və qaydaları ilə razı olduğunuzu bildirirsiniz. Proqram təminatını quraşdırmazdan və istifadə etməzdən öncə, Müqavilə ilə diqqətlə tanış olmalısınız. Əgər siz bu Müqavilənin şərt və qaydaları ilə razı deyilsinizsə, Proqram təminatını quraşdırmaq və ondan istifadə etmək üçün sizə icazə verilmir.

1. Lisenziya. EPSON və onun təchizatçıları Proqram təminatının bilavasitə və ya şəbəkə vasitəsilə istifadə etmək istədiyiniz hər hansı bir kompüter və ya kompüterlərdə quraşdırılması və istifadəsi üçün sizə fərdi, qeyri-eksklüziv, qonorarsız, sublisensiyasız, məhdudlaşdırılmış lisenziya verir. Siz şəbəkəyə birləşmiş kompüterlərin istifadəçilərinə (a) bütün həmin istifadəçilərin bu Müqavilənin şərt və qaydaları ilə razılaşmasını və onlara riayət etmələrini, (b) bütün həmin istifadəçilərin bu Proqram təminatından yalnız onunla inteqrasiya edilmiş kompüter və şəbəkələrdə istfadə etmələrini və (c) bu Müqavilənin şərt və qaydalarına riayət və onları icra etməyən istifadəçilərin bu cür fəaliyyəti nəticəsində EPSON və ya onun təchizatçılarına dəyə bilən bütün zərər, itki, xərc, məsrəf və məsuliyyətlərin EPSON və onun təchizatçılarına əvəzini vermələrini və onlardan qorumalarını təmin etməklə, Proqram təminatından istifadə etmək icazəsi verə bilərsiniz. Siz habelə bu Proqram təminatını, Müəlliflik hüququ bildirişinin bütövlüklə ehtiyat surətinin üzərində olması şərti ilə, ehtiyat və arxiv üçün tələb olunan sayda köçürmək hüququna maliksiniz. "Proqram təminatı" termininə EPSON və onun təchizatçıları tərəfindən sizə lisenziyalaşdırılmış proqram hissələri, media, tərəfinizdən köçürülmüş bütün surətlər, istənilən təkmilləşmələr, dəyişdirilmiş versiyalar, yeniləmələr, əlavələr və Proqram təminatının surətləri daxildir. EPSON və onun təchizatçıları burada qeyd olunmamış bütün hüquqları müdafiə edirlər.

2. Digər hüquq və məhdudiyyətlər. Siz Proqram təminatının dəyişdirilməməsi, uyğunlaşdırılmaması və ya tərcümə edilməməsi ilə razılığını bildirirsiniz. Siz habelə, Proqram təminatında mühəndislik düzəlişləri etməyə, onu dekompilyasiya etməyə, sökməyə və ya başqa sözlə, Proqram təminatının ilkin kodunu aşkar etməyə cəhd göstərməməyə razılığınızı bildirirsiniz. Siz Proqram təminatını paylaşmaq, icarə və ya kirayə vermək, girov qoymaq, başqasına satmaq və ya borc vermək hüququna malik deyilsiniz. Lakin siz bu Müqaviləni, bütün surətləri ilə birlikdə Proqram təminatını, onun yeniləmələri və əvvəlki versiyalarını kompüterdə qalmamaq şərti ilə digər şəxsə və ya subyektə vermək şərtilə, Proqram təminatından istifadə etmək hüquqlarınızı digər şəxsə və ya hüquqi subyektə tam olaraq ötürə bilərsiniz. Bununla belə, bəzi dövlət və yurisdiksiyalar Proqram təminatının ötürülməsinə dair məhdudiyyətlərə yol vermir, buna görə də, yuxarıda qeyd etdiyimiz məhdudiyyətlər sizə aid olmaya da bilər.

3. Mülkiyyət. Proqram təminatına və onun surətlərinə aid sahiblik hüququ, mülkiyyət hüquqları və intellektual əmlak hüquqları EPSON və onun təchizatçılarına məxsusdur. Proqram təminatına aid sahiblik və mülkiyyət hüquqları sizə verilə bilməz və bu Lisenziya Proqram təminatına dair hər hansı bir hüququn satılmasını ehtiva etmir. Proqram təminatı Yaponiyanın müəllif hüqquqları haqqında qanunu, müəllif hüquqlarına aid beynəlxalq müqavilələr, habelə intellektual əmlaka dair qanun və müqavilələr ilə qorunur. Bu Müqavilədə qeyd olunan hallar istisna olmaqla, Siz Proqram təminatını köçürmək hüququna malik deyilsiniz. Siz Proqram təminatının istənilən surətinin üzərindəki hər hansı müəllif hüququ və digər əmlak bildirişlərini silmək və ya dəyişdirmək hüququna malik deyilsiniz.

4. Mühafizə və təhlükəsizlik. Siz səlahiyyəti olmayan heç bir şəxsin Proqram təminatına giriş imkanının olmamasını təmin etmək və Proqam təminatının hər hansı bir səlahiyyətsiz surətinin, nəşrinin, açıqlanması və ya paylanmasının qarşısını almaq məqsədi ilə Proqram təminatının qorunması üçün bütün səy və bacarığınızı səfərbər etməyə və məqbul addımları atmağa razısınız. Etiraf edirsiniz ki, Proqram təminatının tərkibində qiymətli, məxfi məlumat və ticarət sirləri vardır ki, onların icazəsiz istifadəsi və köçürülməsi EPSON və onun təchizatçılarına zərər gətirə bilər və siz, bu qiymətli məlumat və ticarət sirlərini məxfi saxlamaq məsuliyyətini daşıyırsınız.

5. Məhdud zəmanət. Proqram təminatını media üzərində EPSON və ya dilerdən aldığınız halda, EPSON, Proqram təminatını daşıyan medianın materiallarında və hazırlanmasında hər hansı bir qüsurun olmadığına, çatdırılma tarixindən başlayaraq 90 gün ərzində normal istifadəsinə zəmanət verir. Əgər media çatdırılma tarixindən 90 gün ərzində EPSON və ya medianı göndərən dilerə qaytarılarsa, EPSON mediada qüsurların olması qərarına gələrsə və media qaydalara görə istifadə edilməyibsə, onunla düzgün davranılmayıbsa, ondan səhv istifadə edilibsə, qüsurlu avadanlığın içində işlədilibsə, EPSON proqram təminatını, o cümlədən onun bütün surət və hissələrini EPSON-a qaytarmaq şərti ilə əvəz edəcək. MEDİAYA AİD BÜTÜN DOLAYI ZƏMANƏTLƏR, O CÜMLƏDƏN MAL KEYFİYYƏTİNƏ VƏ İSTƏNİLƏN MÜƏYYƏN MƏQSƏD ÜÇÜN YARARLILIĞA AİD DOLAYI ZƏMANƏT, BİRBAŞA ZƏMANƏTİN YUXARİDA QEYD OLUNMUŞ MÜDDƏTİ İLƏ MƏHDUDLAŞIR.

Siz Proqram təminatından istifadə ilə əlaqədar yalnız özünüzün məsuliyyət daşıması ilə razılaşırsınız. PROQRAM TƏMİNATI "NECƏ VAR" VƏ HEÇ BİR NÖV ZƏMANƏTSİZ VERİLİR. EPSON VƏ ONUN TƏCHİZATÇILARI BU PROQRAM TƏMİNATININ İSTİFADƏSİ NƏTİCƏSİNDƏ ƏLDƏ EDİLƏN GÖSTƏRİCİ VƏ YA NƏTİCƏLƏRƏ ZƏMANƏT VERMİR VƏ VERƏ BİLMƏZ. YUXARIDA QEYD EDİLƏNLƏR ZƏMANƏTİN EPSON VƏ ONUN TƏCHİZATÇILARI TƏRƏFİNDƏN POZULMASINA GÖRƏ TƏK VƏ EKSKLÜZİV HÜQUQ MÜDAFİƏ VASİTƏLƏRİDİR. YUXARIDA QEYD ETDİYİMİZ ZƏMANƏT İSTİSNA OLMAQLA, EPSON VƏ ONUN TƏCHİZATÇILARI İNTELLEKTUAL ƏMLAKIN HÜQUQLARININ POZULMAMASINA, MAL KEYFİYYƏTİNƏ VƏ İSTƏNİLƏN MÜƏYYƏN MƏQSƏD ÜÇÜN YARARLIĞA AİD HEÇ BİR BİRBAŞA VƏ YA DOLAYI ZƏMANƏT VERMİR. Bəzi dövlət və yurisdiksiyalar dolayı zəmanətlərin istisnasına və bu cür zəmanətin nə qədər qüvvədə olmasına dair məhdudiyyətlərə yol vermir. Buna görə də, yuxarıdakı məhdudiyyətlər sizə aid olmaya da bilər. Bu zəmanət sizə konkret qanuni hüquqlar verir. Siz, dövlətdən dövlətə, yurisdiksiyadan yurisdiksiyaya dəyişilən digər hüquqlara sahib ola bilərsiniz.

EPSON, ONUN TƏCHİZATÇILARI VƏ YA HƏR HANSI NÜMAYƏNDƏSİNƏ ZƏRƏRLƏRİN MÜMKÜNLÜYÜ HAQQINDA XƏBƏR VERİLDİYİ HALDA BELƏ, EPSON VƏ ONUN TƏCHİZATÇILARI MÜQAVİLƏDƏN, QANUNU POZAN HƏRƏKƏTLƏRDƏN (O CÜMLƏDƏN DİQQƏTSİZLİKDƏN), ŞƏRTSİZ ÖHDƏÇİLİKDƏN, POZUNTU VƏ ZƏMANƏTDƏN, YANLIŞ MƏLUMATDAN İRƏLİ GƏLƏN, BAŞQA SÖZLƏ DESƏK, BİRBAŞA, DOLAYI, TƏSADÜFİ VƏ YA MƏQSƏDLİ ZƏRƏRLƏRƏ, O CÜMLƏDƏN İTİRİLMİŞ GƏLİR VƏ ƏMANƏTLƏRƏ, VƏ YA İSTƏNİLƏN ÜÇÜNCÜ TƏRƏFİN İSTƏNİLƏN İDDİASINA GÖRƏ HEÇ BİR HALDA SİZİN QARŞINIZDA MƏSULİYYƏT DAŞIMAYACAQ. Lakin, bəzi dövlətlər və ya yurisdiksiyalar təsadüfi, dolayı və ya məqsədyönlü zərərlərin istisnasına və ya məhdudlaşdırılmasına yol vermir, buna görə də, yuxarıda qeyd olunan məhdudiyyətlər sizə aid olmaya da bilər.

6. Müqaviləyə xitam verilməsi. EPSON-un malik olduğu digər hüquqlara xələl gətirilmədən, bu Müqaviləyə sizin onun şərtlərinə riayət etmədiyiniz halda avtomatik olaraq xitam veriləcək. Siz də Proqram təminatını və onun bütün surətlərini ləğv və ya məhv etməklə bu Müqaviləyə istədiyiniz vaxt xitam verə bilərsiniz.

7. İxrac məhdudiyyəti. Siz Proqram təminatını və EPSON-dan aldığınız istənilən verilənlər və məlumatları ötürməməyə, ixrac və ya təkrar ixrac etməməyə, və ya Yapon qanunvericliyi, məhdudiyyət və normativlərinə, və ya Proqram təminatının alındığı yurisdiksiyanın qanunlarına uyğun olaraq tələb olunan lisensiyasız Proqram təminatından istifadə etməməyə razılığınızı bildirirsiniz.

8. Əsas qanun və ümumi müddəalar. Bu Müqavilə hər hansı kolliziya normaları hüquqlarından asılı olmayaraq Yapon qanunvericiliyinə uyğun tənzim və şərh edilir. Bu Müqavilə tərəflər arasında Proqram təminatına dair bütöv bir müqavilədir və Proqram təminatı ilə bağlı istənilən satın alma orderini, yazışmanı, reklamı və ya təqdimatı üstələyir. Bu Müqaviləyə riayət məcburidur. Bu Müqavilə öz tərəflərinin, tərəflərin hüquqi varislərinin, təyin edilmiş şəxslərin və hüquqi nümayəndələrin maraqlarına qulluq göstərir. Əgər Müqavilənin hər hansı bir müddəası etibarsız və icra edilməz hesab edilərsə, bu, şərtlərinə görə etibarlı və icra edilə bilən qalacaq Müqavilənin tarazlığı qanuniliyinə təsir göstərməyəcək. Müqavilə yalnız EPSON-un səlahiyyətli əməkdaşı tərəfindən imzalanmış yazılı şəkildə dəyişilə bilər.

9. ABŞ hökümətinin son istifadəçiləri. Siz Proqram təminatını Amerika Birləşmiş Ştatlarının hər hansı bölməsi və ya agentliyi adından satın alırsınızsa, aşağıdakı müddəlar tətbiq edilir. Hökümət aşağıdakılarla razıdır: (i) Proqram təminatı Müdafiə departamentinə (DoD) təchiz edilərsə, Proqram təminatı “Kommersiya kompüter proqram təminatı” kimi təsniflənir və Hökümət Proqram təminatı və onun sənədləri ilə bağlı “məhdudlaşdırılmış hüquqları” yalnız həmin terminin Müdafiə Departamentinin Federal Satınalmalar Nizamnaməsinə Əlavənin (DFARS) 252.227-7013(c)(1) maddəsində təyin edilən şəkildə əldə edir; və (ii) Proqram təminatı Müdafiə departamenti (DoD) istisna olmaqla Amerika Birləşmiş Ştatları Hökümətinin digər bölmə və ya agentliklərinə təchiz edilərsə, Hökümətin Proqram təminatı və onun sənədləri ilə bağlı hüquqları FAR 52.227-19(c)(2) maddəsi və ya NASA halında NASA-nın FAR-a 18-52.227-86(d) əlavəsi ilə təyin ediləcək.


10. İnternet bağlantısı. Proqram təminatı istifadə etdiyiniz EPSON aparat təminatına və/və ya proqram təminatına (“EPSON Məhsullarına”), o cümlədən, lakin bunula məhdudlaşmayaraq, EPSON məhsullarının modellərinə dair məlumatı, yaşadığınız ölkə/region, EPSON məhsullarının vəziyyəti və s. haqqında verilənləri/məlumatı İnternet vasitəsilə kompüterinizdən və ya kompüterinizə ötürmək üçün İnternetə bağlana bilər. EPSON bu verilənlərin/məlumatın elementlərini sizin ilkin razılığınız olmadan dəyişə bilər. EPSON sizin icazəniz olmadan heç bir fərdi təyin olunan məlumat toplamır. Lakin, istifadəçilərimizə göstərdiyimiz qulluq səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə EPSON fərdi təyin olunmayan məlumatlardan statistik məqsədlər üçün istifadə edə bilər. Əgər siz Proqram təminatının quraşdırılması ilə razılaşırsınızsa, İnternet vasitəsilə istənilən ötürülmə EPSON internet saytının təmin etdiyi cari Məxfilik siyasətinə uyğun olmalıdır.

11. Proqram təminatı versiyasının yenilənməsi. Proqram təminatı versiyasının (i) avtomatik olaraq və ya (ii) sizin öncədən razılığınızla yenilənməsi məqsədi ilə, Proqram təminatı EPSON serverinə və ya EPSON-un etimad göstərdiyi üçüncü tərəfə İnternet vasitəsilə bağlana bilər. Bu cür yenilənmiş proqram təminatı Proqram təminatı sayılacaq və bu Müqavilə ilə tənzimlənəcək.



EPSON EULA AZ 10/30/2009